Gəncə Memorial Kompleksinə 734 min manat xərclənəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması (1) və layihələndirilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
“Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Chapman Taylor LLP” şirkəti və Komitənin “Azərmemarlayihə” – Dövlət Baş Layihə İnstitutudur.
Qaliblərə müvafiq olaraq 440 min manat və 294 min manat, ümumilikdə 734 min manat ödəniləcək.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı