Bölgə xəbərləri

Şəmkirdə qəzada 3 nəfər xəsarət alıb

17 may / 11:17 1 dəq
1003257
17 may / 11:17
Burada sizin reklamınız ola bilər

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

“Qərb Xəbər”in APA-ya istinadən məlumatına görə, hadisə rayonu mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21015” və “Chevrolet Cruze” markalı minik maşınları toqquşub. Qəza 1996-ci il təvəllüdlü Nurlan Rüstəmli, 1993-cü il təvəllüdlü Elməddin Bağırov və 1994-cü il təvəllüdlü Xatirə Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan N.Rüstəmlinin vəziyyəti ağır olduğundan Gəncədə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı