Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ermənilər Ukraynadan Ermənistana silah daşıyır – Təhlil

21 yanvar / 11:19 2 dəq
Ermenistan hokumeti yeni
21 yanvar / 11:19
Burada sizin reklamınız ola bilər
Erməni diasporu Ukrayna ordusunun pilotsuz təyyarələrini Ermənistana göndərir. Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması bunun etirafı hesab oluna bilər.
asif
“Biz artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram… Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilirlər, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”,- Arutyunyan deyib.
Və bununla kifayət qədər ciddi məqamları da açmış olur.
Birincisi, ermənilər PUA-ları necə əldə edir?
İkincisi, daşınma hansı marşrutla həyata keçirilir?
Arutyunyanın açıqlamasında sualların cavabı da var:
– müharibə aparan Ukraynada PUA-lar, yaxud digər silahların satışının həyata keçirilmədiyi bəllidir, bu yalnız o halda baş verə bilər ki, orduda kimlərsə Qərb ölkələrinin verdiyi, yaxud Ukrayna xalqının pulu ilə alınan silahları oğurlayaraq, satır;
– erməni diasporu da Ukrayna ordusunun arsenalına daxil olan silahları qanunsuz yolla əldə edir və qaçaqmalçılıq yolları ilə Ermənistana göndərir;
– bu prosesdə Ukrayna ordusunda döyüşən ermənilər əsas vasitəçidir;
– oğurlanan silahlar – PUA-lar Varşava-İrəvan reysi ilə Ermənistana daşınır;
Müharibə aparan ölkələrdə silah oğurluğu və qaçaqmalçılığı üçün imkanlar geniş olur. Arutyunyanın açıqlaması erməni mafiyasının Ukraynada bu işlə məşğul olduğunu ispat edir. Və oğurlanan silahlar Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməklə yanaşı, Rusiya ilə müharibə aparan Ukrayna ordusunu da zəiflədir. Bunu rəsmi Kiyev də, Ukraynaya silah göndərən Qərb ölkələri də nəzərə almalıdır.
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı