Hadisə

Şuşa və Xocalıda yeni kütləvi məzarlıqlar aşkarlanıb

1 may / 12:36 1 dəq
Indir 2025 05 01t123421.078
1 may / 12:36
Burada sizin reklamınız ola bilər

Azad edilən ərazilərdə aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.

Qerbxeber.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin qeyd edib ki, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa – Laçın yolunun birləşməsində aşkar edilib. Burada aşkarlanan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb.

Digər məzarlıq isə Xocalıda, Əsgəran- Xocalı yolunun üstündə aşkarlanıb. Bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb: “Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.

Paylaş
Burada sizin reklamınız ola bilər