Tovuz

“Turan Tovuz” Antalya toplanışını qələbə ilə başa vurub

18 yanvar / 08:55 1 dəq
Indir
18 yanvar / 08:55
Burada sizin reklamınız ola bilər

“Turan Tovuz” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını qələbə ilə başa vurub.

“Qərb Xəbər”in məlumatına görə, Tovuz təmsilçisi son yoxlama oyununda Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.

Qeyd edək ki, “Turan Tovuz” ilk iki yoxlama matçında Rumıniya “Petrolul”una 2:3 hesabı ilə uduzub, İsveçrənin “Aarau” komandasına isə qalib gəlib – 1:0.

Paylaş
Burada sizin reklamınız ola bilər