Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Tramp xalqa müraciət etdi: İranın əsas nüvə obyektləri məhv edildi

22 iyun / 07:30 2 dəq
Tramp muraciet
22 iyun / 07:30
Burada sizin reklamınız ola bilər

“ABŞ İranın uranı zənginləşdirən obyektlərini tamamilə məhv edib.”

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı bildirib.

Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib”, – Tramp deyib.

“İndi İran sülh bağlamalıdır”, – deyən Tramp İranda “hələ çox hədəf qaldığını” və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç ən böyük nüvə obyektini bombalamasından iki saat sonra xalqa müraciət edib.

O, Fordo, Natanz və Isfahanın “görkəmli hərbi uğur” nəticəsində tamamilə məhv edildiyini bildirib.

“Belə davam edə bilməz. İran üçün ya sülh, ya da faciə olacaq”, – Tramp vurğulayıb.

O, ABŞ və İsrail hərbçilərinə təşəkkür edib.

“Bu gün etdiyimizi başqa heç bir ordu edə bilməzdi”, – ABŞ lideri qeyd edib.

Trampın çıxışı bir neçə dəqiqə davam edib.

***

Xatırladaq ki, gecə ərzində ABŞ B-2 görünməz bombardmançıları vasitəsilə İranın Fordo nüvə obyektinə zərbə endirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı