Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Operativ Qərargahın Diqqətinə: “Yoxdur deyirlər”

28 mart / 21:53 3 dəq
71353daf 99be 46cd a265 bad917f38af5
28 mart / 21:53
Burada sizin reklamınız ola bilər

“Son iki gündə fərdi olaraq 6 aptekə girmişəm. Maska və spirt soruşmuşam. “Yoxdur” deyirlər”.

“Qərb Xəbər” saytının məlumatına görə, bunu jurnalist Arzu Sayadoğlu yaşadığı Tovuz rayonunda apardığı müşahidələr əsasında yazdığı “Feysbuk” statusunda qeyd edib.

Statusun tam versiyada təqdim edirik: “İnad etsəm də, maskaların apteklərə ən çoxu 100-200 civarında verildiyini bildirirlər. İki gün öncə soruşdum ki, bəs dünən Qərargah rəsmən elan etdi ki, ölkəyə yarım milyon maska gətirilib və 1.5 milyon da sifariş edilib, gətiriləcək.

CAVAB EYNİ OLDU: Bizə yalnızca az sayda verilir (Müşahidələri Tovuzda aparmışam).
Operativ adlandırılan Qərargah məsuliyyət daşıdığı koronavirusla mübarizədə çox zəif işləyir və haqlı olaraq vətəndaşların onlara dəyən ziyandan dolayı, bu qərargahı məhkəməyə verib itirlmiş ziyanı geri almaq hüququ var. İstər yerli, istərsə də beynəlxalq qanunvericilkdə müddəalar var. Bu, qanun pozuntusudur.

Başqa bir örnək verim: Dünən marketə girib limon soruşdum. Bir dənəsi 50 qəpik. Təbii ki, aldım. Ancaq daha öncəsində 25-30 qəpiyə idi dənəsi. Bunu deyim ki, yerli rayonlar üzrə bazarlardan digər rayonlara və paytaxta rahat nəqliyyat-ticarət, daşıma məhdudlaşdırıldığından (azaldıldığından) yerli alverçilər, tacirlər at oynadırlar. Bahalaşma baş alıb gedir. Vətəndaşlarda güclü narazılıqlar yaradılır. Paytaxtdan tez-tez yoxlamalar gəlməli və bölgələrdəki bu cür qiymət cəlladları qanuna uyğun şəkildə cəzalandırmalıdır, ya da bəlli sahədə önəmli, ehtiyac duyulan ərzaq-qida vasitələrinin ölkə boyunca daşınmalı satışına öncəki çərçivədə izin verilməlidir ki, həmin bu şəxslər yerli bazarla məhdudlaşmayıb qiymət qaldırımına getməsin.

Bu cür məsələlərə hazır olmayan qurum hələ bir Fövqəladə Halın da anonsunu verir.

P.S. Önləmlər alınmalıdırmı? Əlbəttə, qanuni və vətəndaşlara ziyan dəyməyəcək, onların ziyanlarına şərik olacaq şəkildə. Əks halda, törədilən qanun pozuntusundan dolayı, ortada həmin qurum məsuliyyət daşıyır.

Jurnalist Arzu Sayadoğlu/Şəxsi arxivindən
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı