Bölgə xəbərləri

Tovuzda dini radikalizmə həsr olunan toplantı keçirilib

7 noyabr / 11:13 1 dəq
842ab2f0546e1526c6ef9cce67f6d8ab
7 noyabr / 11:13
Burada sizin reklamınız ola bilər

“Gənclər Paytaxtı” seçilmiş Tovuz rayonunda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı keçirilib.

“Qərb Xəbər” bildirir ki, Tovuz Olimpiya İdman Kompleksində baş tutan toplantıda gənclər arasında maarifləndirmə və təbliğat işini gücləndirmək, mövcud vəziyyəti təhlil etmək və zəruru profilaktik tədbirləri müəyyənləşdirmək məqsədi ilə iştirakçılar 3 qrupa bölünərək müzakirələr aparıblar.

Daha sonra qruplar üzrə seçilmiş moderatorların müzakirələrin nəticələri ilə bağlı hesabatları dinlənilib. Tədbirdə qeyd edilən zonada dini radikalizmin vəziyyəti, gənclər arasında yayılmasının səbəbləri, qurumlararası əməkdaşlıq, Gənclər və İdman İdarələrinin, Gənclər evlərinin bu istiqamətdə fəaliyyətlərinin gücləndirilməsi kimi məsələlər müzakirə olub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Paylaş
Burada sizin reklamınız ola bilər