Tramp: İki günə İranla danışıqlar bərpa oluna bilər
ABŞ Prezidenti Donald Tramp yaxın iki gün ərzində Pakistanda İranla danışıqların keçirilə biləcəyini bildirib.
Bu barədə o, “New York Post”a müsahibəsində deyib.
Tramp qeyd edib ki, Pakistanın vasitəçilik səyləri nəticəsində görüşün məhz bu ölkədə baş tutma ehtimalı yüksəkdir.
“Yaxın iki gün ərzində Pakistanda keçiriləcək danışıqlarda iştirak etməyə meylliyik”, – Tramp deyib.
O, Pakistan ordusunun rəhbəri Asim Munirin rolunu xüsusi vurğulayaraq onun danışıqlarda mühüm rol oynadığını bildirib.





