Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ter-Petrosyan: Paşinyanın devrilməsi qaçılmazdır

19 sentyabr / 10:47 2 dəq
Levon ter petrosian
19 sentyabr / 10:47
Burada sizin reklamınız ola bilər

Baş nazir Nikol Paşinyan Ermənistanı dağıtmaqla məşğuldur”.

Bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

Ermənistanın keçmiş rəhbəri baş nazirin devrilməsinin qaçılmaz olduğunu iddia edib.

“Mən Ermənistanın növbəti hakimiyyətlərinə qətiyyən paxıllıq etmirəm, çünki Paşinyan o qədər ağır miras qoyub ki, ondan çıxmaq, demək olar ki, mümkün deyil”, – Petrosyan bildirib.

Keçmiş prezident bununla regionda Azərbaycanın xeyrinə dəyişən vəziyyətin dəyişdirilməsinin qeyri-mümkünlüyünə eyham vurub.

Qeyd edək ki, Levon Ter-Petrosyanın “ağır miras” ifadəsi Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmalar və Azərbaycanın işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi, İrəvanın da bunu tanıması kontekstində səsləndirilib. Ümumiyyətlə, o, son zamanlarda tez-tez Ermənistan-Azərbaycan sülh sazişinə müxalifliyi ilə gündəmə gəlir. Avqustun 8-də Vaşinqtonda Bakı və İrəvanın sülh sazişini paraflamasına qarşı açıq mövqe sərgiləyən sabiq prezident 1990-cı illərdəki işğal ortağı Rusiyanı prosesə aktiv müdaxiləyə çağırışları ilə də diqqət çəkir.

1990-cı illərdə Azərbaycan əraziləri işğal edilərkən Ermənistana rəhbərlik etmiş Petrosyan tez-tez ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş fikirlər də səsləndirir. Onun ötən həftə yerli KİV-də yayılmış məqaləsi bu baxımdan uydurma iddialar və tarixi saxtakarlıqlarla zəngindir. İşğal dövründə “Ermənistanda ən loyal siyasi liderlərdən biri imici”ni formalaşdıran Petrosyan Azərbaycanın Qarabağı azad edərək öz ərazi bütövlüyünü təmin etməsindən sonra əsl simasını ifşa edib. O, hazırda Ermənistanda revanşist qüvvələrin başında dayananlardan və “Böyük Ermənistan” xülyasını gündəmdə saxlamağa çalışanlardan biridir.

mənbə: Teleqraf.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı