Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Hacı Əliyev: “Hədəf olimpiadaya qatılıb nəticə göstərməkdir”

27 dekabr / 15:00 2 dəq
Cc007095 8c05 44b6 9fcd 8954f4937a02
27 dekabr / 15:00
Burada sizin reklamınız ola bilər

“2019-cu il mənim üçün uğurlu alındı. Üçüncü dəfə Avropa çempionu oldum və Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında da qızıl medal əldə etdim. İstəyirdim ki, dünya çempionatında da yaxşı nəticə göstərim və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanım. Mundialda mənə qarşı haqsızlıq oldu, məğlub oldum və lisenziyasız qaldım”.

Bu fikirləri Gənclər və İdman Nazirliyi tərəfindən ilin idmançıları sırasında yer alan sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib.

28 yaşlı idmançı dünya çempionatındakı nəticəyə baxmayaraq 2019-cü ili özü üçün uğurlu hesab etdiyini sözlərinə əlavə edib: “Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir. 2020-ci ildə bizi iki turnir gözləyir. Bizim həmin yarışlar vasitəsi ilə lisenziya qazanmaq imkanımız var. Mən çalışacağam ki, lisenziya əldə edim və olimpiadada yaxşı nəticə qazanım”.

Əliyev bildirib ki, olimpiada ilə bağlı söz vermək çəkindir: “Mən də istəyirəm ki, yaxşı nəticə göstərim. Düşünürəm ki, bu mənim üçün son olimpiadadır. Özümə inamım var. Zədələrdən uzaq olsam, hər şey yaxşı olacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı