Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Azərbaycanda suvarma infrastrukturu yenilənəcək

1 mart / 17:15 2 dəq
0ae6a67b f70e 3aac aabe 916981dd19bf
1 mart / 17:15
Burada sizin reklamınız ola bilər

Azərbaycanda suvarma infrastrukturunun yenilənməsi nəzərdə tutulub.

Bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya, Kollektor – Drenaj Şəbəkələrinin İstismarı və Kadastr Sektorunun müdiri Riad Axundzadə Bakıda keçirilən “Agro Business Forum Azerbaijan–2023” tədbirində bildirib.

“Azərbaycanda su ehtiyatlarının həcmi transsərhəd çaylarından asılıdır. Qonşu Gürcüstan və Ermənistan Kür və Araz çayları üzrə heç bir beynəlxalq razılaşmaya qoşulmayıblar. Üstəlik Azərbaycan qlobal istiləşməyə məruz qalır. Son nəticədə bu çayların suyu hər il azalır. Odur ki, su ehtiyatlarının idarə edilməsi vacibdir. Bizim isə suvarma infrastrukturumuz köhnədir və onun yenilənməsinə ehtiyac var. Hazırda suvarma kanallarının 70 %-i torpaq məcralıdır. Fermerlər sudan düzgün istifadə etmir, bu da su itkisi yaradır”, – deyə o qeyd edib.

Bundan başqa, R.Axundzadənin sözlərinə görə, yeni su ehtiyatlarının yaradılması da önəmlidir: “Azərbaycan ərazisində su ehtiyatları qeyri-bərabər paylanıb. Dağ çayları dağlarda buzlaqların əriməsi səbəbindən yaz aylarında meydana gələn müvəqqəti çaylardır. Bu çaylar suvarmaya faydalı olsa da, axıb Xəzər Dənizinə tökülür. Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkədə 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi əlavə su ehtiyatlarının yaradılmasına, su ehtiyatlarının düzgün idarə edilməsinə səbəb olacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı