Məlumata əsasən, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə Təhsil eksperti Kamran Əsədov danışıb.
Onun sözlərinə görə, hal hazırda Təhsil Nazirliyi öz ətrafında ən çox insanı birləşdirən bir qrumdur: “Yəni, hal hazırda tək Təhsil Nazirliyinə tabe 4432 orta məktəb, 51 ali təhsil, 56 orta ixtisas təhsil müəssisələri, 60-dan çox peşə təhsil müəssisələri məktəbdən kənar təhsil müəssisələri və yeni qərardan sonra 1693 uşaq bağçası Elm və Təhsil Nazirliyinə verildi. Bu o deməkdir ki, kifayət qədər insan bu platformanın ətrafındadır. Birmənalı şəkildə gözləyirik ki, Azərbaycanda rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında yeni nazirliyin böyük xidməti və rolu olacaqdır. Ona görə ki, hal hazırda təhsildən haqlı gözləntilər kifayət qədər çoxdur. Çox təəssüf ki, biz hətta 30 ilə yaxın müddətdən sonra, 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı geri qaytaranda elmin rolunu orada görmədik. Daha çox xaricdən aldığımız silahlarla qələbəni təmin edə bildik”.
Ekspert bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyatda, sənayedə, turizimdə hətta elmdə Azərbaycan elminin rolunu görə bilmirik: “Yəni bu gün Azərbaycan elmi dünyada o qədər nifuzlu deyil. Ona görə də, yeni nazirlikdən gözləntilər kifayət qədər çoxdur. Mən inanıram ki, bu inkişaf həqiqətən də sözlü olacaqdır. Kağız üzərində olmayacaq. Çünki, cənab Prezidentin 2013-cü ildə imzaladığı təhsil inkişafı isə dövlət strategiyasının tam olaraq başa çatdığını görə bilmədik. Elm və Təhsil vəhdət halında inkişaf edəcək. Bu o deməkdir ki, strukturda dəyişiklik gözlənilə bilər. Çünki burada elm var. Mütləq şəkildə burada rəhbər və digər şəxslərin ən azından doktorantura təhsili olmalıdır. Elmi məqalələri olmalıdır. Elmi tədqiqatları olmalıdır. Bu ciddi bir məsələdir. Biz bilirik ki, son 2 ildə Azərbaycanda təhsilin müasirləşməsi yeni texnalogiyaların tətbiqi istiqamətində irəliləyişlər var idi. İndi böyük gözləntilər var. Ən azından bundan sonrakı təyinatlarda bu sahə üzrə təcrübəsi və iş stajı olanlar bu postlarda olacaqlar. Azərbaycan elmi bu günləri dövlət tərəfindən göstərilən diqqət və qayğı adetkvat deyil. Ona görə də, bizim gözləntilərimiz böyükdür. Mən inanıram ki, Azərbaycan elmi ən azından 2030-cu ildə beynəlxalq rəqabətliliyə tam olaraq davam gətirəcəkdir. Özünün ixtiralarını, kəşflərini ortaya qoyacaqdır”.
Vüsalə Kərimova