İdman

FİFA-dan yeni qərar

15 sentyabr / 20:44 1 dəq
Fifa official logo white and blue symbol design abstract illustration free vector
15 sentyabr / 20:44
Burada sizin reklamınız ola bilər

FİFA milli komandaların oyunları ilə bağlı yeni qərar qəbul edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

FİFA yığmaların oyunları ilə əlaqədar sentyabr və oktyabr beynəlxalq fasilələrini birləşdirib.

Növbəti mövsümdən etibarən sentyabr və oktyabr beynəlxalq fasilələri FİFA-nın rəsmi saytındakı cədvələ uyğun olaraq təxminən 3 həftə davam edən bir fasiləyə birləşdiriləcək. Bildirilib ki, noyabr tətili olduğu kimi qalacaq.

2026-cı ildə ilk payız beynəlxalq fasiləsi sentyabrın 21-dən oktyabrın 6-dək davam edəcək. Yeni cədvəl ən azı 2030-cu ilə qədər qüvvədə olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər