Gədəbəydə kişini elektrik cərəyanı vurub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Zəhmətkənd kəndində qeydə alınıb. Rayon sakini 41 yaşlı Süleymanov Bəhruz Kərim oğlu səhər saat 9 radələrində qeyd edilən kənddə quru qazarkən onu elektrik cərəyanı vurub.
Nəticədə B. Süleymanov yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.