Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi davam edir

24 noyabr / 11:42 3 dəq
DSC
24 noyabr / 11:42
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsi çərçivəsində həyata keçirilən Usta yanında Şəyirdlik (Apprenticeship) proqramı və layihə çərçivəsində Məsləhət Şurasının yaradılması ilə əlaqədar bugün Bərdə şəhərində sahibkar və işəgötürənlərlə birlikdə görüş təşkil edilib.

“Qərb Xəbər”in məlumatına görə, görüş zamanı regiondan olan işəgötürənlər və mütəxəssislərlə fikir mübadiləsi aparılıb, şəyirdlik proqramının icra olunması, Məsləhət Şurasının Yaradılması və onun tərkibinin müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Layihə eksperti Səbinə Ədilova bildirib ki, “Usta yanında Şəyirdlik” proqramı pilot proqramlar (Bitkiçilik və Baramaçılıq ixtisasları) üzrə təhsil proqramının əsas hissəsidir. Bu proqram modullar üzrə tələbələrin əsas peşə səriştələrinin əldə edilməsinə xidmət edir. Eyni zamanda praktik dərslərin işəgötürən müəssisədə təşkil edilməsi tələbələrin iş yerinin əsas xüsusiyyətlərini dərk etmək, komanda halında çalışmaq vərdişlərini formalaşdırır. Proqrama kursun mənimsənilməsinin nəticələrinə verilən tələblər, tələbələrin ümumi və peşə səriştələri daxil edilə bilər. Bu “Usta yanında Şəyirdlik” Proqramına dərs saatları haqqında məlumat, proqramın məzmunu və quruluşu, işçi tədris planı və kurslar üzrə usta yanında şəyirdliyin PTT elementləri daxil edilməklə illik tədris – təqvim qrafikləri daxil edilib. Eyni zamanda ekspert bildirib ki, Bərdə Peşə Liseyində peşə təhsilinin və təliminin təşkili üzrə Məsləhət Şurası lisey ilə işəgötürənlərin usta yanında şəyirdlik proqramının təşkili və gələcək inkişafı üzrə fəaliyyətlərin əlaqələndirilməsi üçün müzakirəedici və məsləhətçi orqandır. Tərkibi 6 nəfərdən ibarət olan Məsləhət Şurasının əsas vəzifələrinə şəyirdlik proqramının təşkili və icrasına aid təkliflər hazırlamaq, eyni zamanda, peşə məktəbi və işəgötürən müəssisələr arasında razılaşma və müqavilələrin hazırlanması və imzalanmasına köməklik göstərilməsi və s. daxildir.

Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı