Qafqaz

Ohanyan Azərbaycanı müharibə ilə hədələdi

10 may / 00:40 1 dəq
Seyran ohanyan
10 may / 00:40
Burada sizin reklamınız ola bilər

Ağır itkilərə baxmayaraq, erməni xalqı ayağa qalxa və irəliləməyə davam edə bilər.

Qerbxeber.com Publika.az-a istinadla xəbər verir ki, bunu “Ermənistan” parlament fraksiyasının lideri və keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Ohanyan İkinci Dünya müharibəsinin bitməsinin ildönümü ilə bağlı tədbirdə çıxış edərkən Azərbaycanı müharibə ilə hədələyib:

“1992-ci ildə müasirlərimiz İkinci Dünya müharibəsindəki qələbəni üçqat bayrama çevirdilər, lakin hazırkı səriştəsiz Ermənistan hakimiyyətinin əli ilə bu qələbə yenidən tək bir xatirə tarixinə endirildi. Düşmən Ermənistan sərhədlərinə çatdı, amma döyüş qabaqdadır, çünki erməni xalqı döyüş ruhunu qoruyub saxladığını və ayağa qalxıb irəliləyə biləcəyini sübut etdi”.

Paylaş
Burada sizin reklamınız ola bilər