Bölgə xəbərləri

Ruslar Gürcüstanda kütləvi mənzil və hektarlarla torpaq alır

7 noyabr / 10:47 1 dəq
6dd61003f96b8379551b57b8e7773ea4
7 noyabr / 10:47
Burada sizin reklamınız ola bilər

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Gürcüstana daxil olmuş Rusiya vətəndaşlarından 711 hüquqi şəxs, 9789 Rusiya vətəndaşı isə artıq Gürcüstanda fərdi sahibkar kimi qeydiyyatdan keçib.

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Reyestrinin Milli Agentliyindən alınan cavabda qeyd olunub. Reyestr məlumatlarına görə, 2022-ci il martın 1-dən oktyabrın 12-dək: 2585 Rusiya vətəndaşı Gürcüstanda ümumi sahəsi 189 084 kvadratmetr olan 2964 mənzil alıb. Həmin dövrdə 252 Rusiya vətəndaşı Gürcüstanda 249 torpaq sahəsi alıb ki, bu da ümumilikdə 37,9 hektardır.

Rusiya vətəndaşlarının dövlət reyestrində məlumatları belə görünür:

●► Hüquqi şəxs – 711;

●► Sənaye sahibkarı – 9 789;

●► Mənzil alan şəxslər – 2585;

●► Torpaq alan şəxslər – 252;

●► Alınan mənzillərin sahəsi – 189 084 kv.m.;

●► Alınan torpaq sahəsi 37,9 ha-dır.

Paylaş
Burada sizin reklamınız ola bilər