Almaniya “Quantum Systems” şirkəti tərəfindən istehsal edilən 10.000 dronu Kiyevə təhvil verməyi planlaşdırır.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, Almaniya ilə Ukrayna müdafiə sektoru arasında əməkdaşlığı genişləndirmək niyyətindədir.

Almaniya hökuməti ümid edir ki, bu belə layihələr Avropanın gələcək müdafiə qabiliyyətinin əsasını təşkil edəcək.

“Quantum Frontline Industries” şirkəti isə bu əməkdaşlığı sənayenin inkişafı və pilotsuz sistemlərin istehsalı üçün strateji əhəmiyyətli olduğunu açıqlayıb.

“Bild” həmçinin qeyd edir ki, Almaniya Ukraynanın müdafiə şirkətləri ilə daha fəal əməkdaşlıq etmək və silah təchizatından dolayı yolla fayda əldə etmək niyyətindədir.