Birləşmiş Ştatlar Ukrayna və İsraili dəstəkləmək üçün vəsait ayırmalıdır ki, bu da amerikalıların gələcək nəsilləri üçün dividendlər gətirəcək.
“Qərb Xəbər”in məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden xalqa videomüraciətində bildirib.
“Biz İsrail və Ukrayna da daxil olmaqla tərəfdaşlarımızı dəstəkləmək üçün vəsait təmin etməliyik. Bu, amerikalıların gələcək nəsilləri üçün investisiyadır”, – Bayden deyib.
Onun sözlərinə görə, Konqresə göndəriləcək yardım paketi İsrailin təhlükəsizliyi üçün əhəmiyyətinə görə misilsizdir.
“Mən Konqresdən Ukraynaya silah göndərməyə davam etməyi xahiş edəcəm ki, Ukrayna Putinin vəhşiliyini dayandıra bilsin”, o əlavə edib.