Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Azərbaycanda yeni dərs ili başlayıb

15 sentyabr / 09:44 3 dəq
Indir (36)
15 sentyabr / 09:44
Burada sizin reklamınız ola bilər

Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

“Qərb Xəbər”in xəbərinə görə, bununla da ölkədə 2022-2023-cü tədris ilinə start verilib.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə 158 297 şagird gedib. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 484 731 şagird təhsil alacaq. I sinifdə 46 200, IX sinifdə 37 987, X sinifdə 26 898, XI sinifdə 25 551, XII sinifdə 168 şagird oxuyacaq.

Ümumtəhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

İlk dərs günü münasibətilə əsaslı təmirdən çıxan 320 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, deputat Aydın Hüseynov, idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb rəhbərliyi, valideyn və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva hər bir Azərbaycan vətəndaşının Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan azərbaycanlı balaların müqəddəs xatirəsini ehtiramla andığını bildirib və Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların heç zaman unudulmayacağını deyib.

İdarə müdiri yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıb. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən idarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb.

M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda irəli sürülən məsələlərdən bəhs edib və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

İdarə müdiri şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı tövsiyə edib.

Sertifikasiya imtahanında yüksək nəticə göstərmiş 320 nömrəli məktəbin müəllimi Aysel Məmmədova və yeni işə qəbul olunmuş gənc müəllim Xəyalə Mirzəyeva fikirlərini bildirib, daha savadlı, vətənpərvər gənc nəslin formalaşdırılması naminə var güclə çalışacaqlarını söyləyiblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı