Tovuzdakı ağır qəzada ölənlər və yaralananlar var
Tovuz şəhərində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, “VAZ-2107” markalı avtomobil şəhər arası xətt üzrə çalışan mikroavtobusla toqquşub.
Qəza nəticəsində 1976-cı il təvəllüdlü Alıyev Asif Mansır oğlu hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Alıyev Mansır Asif oğlu və 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı