Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Rusiya iqtisadiyyatı çökür: Azərbaycan üçün yeni imkanlar və təhlükələr – VİDEO

9 mart / 12:32 2 dəq
FotoJet (2)
9 mart / 12:32
Burada sizin reklamınız ola bilər

Azərbaycan Rusiya ilə ciddi ixrac, həm də idxal əlaqələrinə malikdir. Uzun müddətdir ki, şimal qonşumuz siyasi maraqlarına görə məhsulların ölkəyə girişində müəyyən məhdudiyyətlər tətbiq etmişdi. Elə buna misal olaraq Rusiya bir neçə ildir ki, ölkəmizdən ixrac olunan pomidor, alma və digər bu kimi mallara tam nəzarət edirdi. Amma indiki halda bunun əksi müşahidə olunmaqdadır. Bizim sahibkarlar ora məhsul yollamaqda bir o qədər də maraqlı deyillər.

Qeyri-neft, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracında Rusiya ölkəmiz üçün əsas bazardır. Belə ki, sözügedən ölkəyə ixrac Azərbaycanın qeyri-neft ixracının üçdə birini təşkil edir. Ölkəmizin xarici ticarət dövriyyəsində Rusiyanın payı 9 faizə qədərdir.

İqtisadçılar bildirirlər ki, son günlər siyasi fonda baş verən gərginlik Rusiyanın dünya iqtisadiyyatından təcrid edilməsi ilə nəticələnir. Belə olan halda Rusiya, ona qarşı sanksiyalar tətbiq etməyən, xüsusən də münasibətlərinin yaxşı olduğu ölkələrlə ticarət dövriyyəsini artırmağa çalışır. Bu həm də Azərbaycan sahibkarları üçün əlavə imkanlar yaradır.

Ekspertlər isə hesab edir ki, Rusiyanın SWIFT-dən kənarlaşdırılması, daxili tələbatını ödəməməsi səbəbindən onu keçmiş SSRİ respublikalarından asılı vəziyyətə salacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı