Bölgə xəbərləri

“Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsi başa çatıb

29 dekabr / 15:51 2 dəq
940f66a8 a7d4 42d7 a54b b6559407fb13
29 dekabr / 15:51
Burada sizin reklamınız ola bilər

 

Gəncə şəhərində keçirilən “Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsi uğurla başa çatıb.

Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı realllaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasının gənc müəllimi Yusif Bayramovun “Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsi 2022 ci ildə Gəncə şəhərində keçirilən son qrant layihəsi olmuşdur.

“Qərb Xəbər” bildirir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi , Gəncə Dövlət Universitetinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilən “Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsi Gəncə şəhərində yerləşən universitet və gənclər təşkilatlarının gənclərindən ibarət komandaların iştirakı ilə üç gün ərzində Gəncə Dövlət Universitetində həyata keçirilmişdir.

İlk gün ”Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilmiş, I yeri “Vurğun” (ADAU) komandası, II yeri “Tufan” (GDU) komandası, III yeri  “Cantis Protectum”(GDU) komandası qazanmışdır.

Ertəsi gün keçirilmiş “  Breyin Rinq” intellektual oyunu üzrə turnirdə isə I yeri “Cahillər”(ADAU) komandası, II yeri “Tufan” (GDU) komandası, III yeri “Vurğun” (ADAU) komandası qazanmışdır.

Daha bir gün sonra layihə çərçivəsində keçrilmiş “Xəmsə” milli intellektual oyunu üzrə turnirdə isə I yeri “Vurğun” (ADAU) komandası, II yeri “Tufan” (GDU) komandası, III yeri “Akulalar”(GDU) komandası qazanmışdır.

Layihədə 31 komanda 178 gənc  öz intellektual potensiallarını həm inkişaf etdirmiş, həm də mübarizə apararaq qalib olmuşlar. Qaliblər layihə çərçivəsində diplom, medal və kuboklarla təltif edilmişlər.

940f66a8-a7d4-42d7-a54b-b6559407fb13 4482ff7c-a2a1-4627-a384-1324ea9faf14 a4a7dba8-affd-4f33-a441-92cea4e77f5e

Paylaş
Burada sizin reklamınız ola bilər