Dünya

Britaniya müdafiə nazirindən Putinə ismaric: Siz qalib gəlməyəcəksiniz

29 sentyabr / 20:34 1 dəq
Con hili
29 sentyabr / 20:34
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya müdafiə naziri Con Hili Rusiya Prezidenti Vladimir Putinə Ukraynada müharibəni dayandırmaq üçün birbaşa müraciət edib.

Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, o, Ukraynanın təhlükəsizliyinin birbaşa Böyük Britaniyanın təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.

“Moskvaya mesajımız aydındır: Prezident Putin, siz qalib gəlməyəcəksiniz. Sülhlə razılaşmağın vaxtıdır”, – Con Hili vurğulayıb.

Britaniya müdafiə naziri əmin edib ki, London müharibə bitənə qədər Kiyevə hərbi-siyasi dəstəyini davam etdirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər