Bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 952,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bunun 1 574 milyon manatı heyvandarlıq, 378,3milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Son 1 ildə aqrar sektor 6,7%, o cümlədən heyvandarlıq sahəsi 2,9%, bitkiçilik sahəsi isə 24,9% böyüyüb.