Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Turizmdə məmur kapitalizmi var” – Ekspert

13 may / 11:31 2 dəq
Rest 6af5c
13 may / 11:31
Burada sizin reklamınız ola bilər

“Azərbaycan turizmi yaxın ölkələrlə müqayisədə kəskin fərqlənir. Azərbaycandakı turizmin inkişafına mane olan ən başlıca səbəblərdən biri turizmin daha baha olmasıdır”.

“Qərb Xəbər” bildirir ki, bu sözləri daxili turizmin əlverişliliyi haqqında Redaktor.az-a danışan Azərbaycan Turizm və Menecment Universitetinin professoru, turzim eksperti Məhərrəm Zülfüqarlı söyləyib.

Ekspert vurğuladı ki, ölkədə turizm mərkəzlərində istirahət baha başa gəldiyinə görə Azərbaycan vətəndaşları Türkiyə, Gürcüstan və digər ölkələrə getməyə üstünlük verirlər:

“Baha olmasının müxtəlif səbəbləri var, bunun haqqında çox danışılıb. Yəqin ki, azad rəqabət olarsa, turizm mərkəzləri normal rəqabətdə olarsa, onlar qiyməti azaldarlar. Amma turizm mərkəzlərində azad rəqabət yox, məmur kapitalizminə söykənən bir sistem var. Məmur kapitalizmi o deməkdir ki, turizm mərkəzinin rəhbəri oturub hansısa səlahiyyətli vəzifədə, o turizmdən gələn gəlirin az-çox olması ona təsir etmir. Buna görə də o, qiymətləri aşağı salmaqda maraqlı deyil. Yəni əgər normal rəqabət olarsa, sahibkar görər ki, turizm mərkəzi bahadırsa, ora gələn yoxdursa, onun qiymətini aşağı salmaqla inkişaf edəcək. Fikrimcə, turizmin inkişafına mane olan məmur kapitalizmidir. Bu da azad rəqabətə əsaslanmayan kapitalizm olduğuna görə inkişafa xidmət etmir”.

Məhərrəm Zülfüqarlı daxili turizmin baha olduğu rayonlar haqqında danışarkən bildirdi ki, Quba, Xaçmaz ən baha bölgələrdir:

“Çünki Quba, Xaçmaz, Bakıya daha yaxın regionlardır. Vətəndaş fikirləşəndə ki, hara getsin, ona ən yaxın bölgəni seçir. Əhalinin çox hissəsi də Bakıda olduğu üçün üz tutduqları yer Quba, Xaçmaz və Şamaxıdır. Bu səbəbdən də həmin regionda qiymətlər daha bahadır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı