Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Koronavirus üzərindən qazananlar

16 mart / 11:33 3 dəq
Rüerür
16 mart / 11:33
Burada sizin reklamınız ola bilər

ASDAQ-a görə ( National Association of Securities Dealers Automated Quotations) — qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır), Çin maraqlı iqtisadi taktikalardan istifadə edərək, hər kəsi barmağına doladı və bir neçə gündə 20 milyard dollardan çox gəlir əldə etdi. Üstəlik, öz inhisarçılarının təxminən 30% səhmlərini geri qaytardı. Avropa Birliyi və Amerika necə də gözəl aladıldı! Bütün dünyanın gözü qarşısında sanki notlarla oyun oynanıldı.

Əvvəllər texnologiya şirkətlərinin səhmlərinin bir hissəsi xarici investorlara, amerikalılara və avropalılara aid idi – bu o deməkdir ki, ağır və kimya sənayesindən əldə olunan gəlirlərin yarısı Çinin xəzinəsinə yox, Avropadakı “maliyyə xəzinələri” nın hesablarına gedirdi. Uhandakı vəziyyətə görə yuan ucuzlaşmağa başladı, lakin Mərkəzi Bank yuanı dəstəkləmək üçün heç bir iş görmədi. Çində hətta koronovirusla mübarizə üçün maskalar olmadığı barədə şayiələr yayıldı.

Bu söz-söhbətlər və Si Tszinpinin Uhan xalqını qoruyacağı barədə söylədiyi fikirlər Çin texnoloji şirkətlərinin səhmlərinin qiymətinin böyük bir enişinə səbəb oldu və “maliyyə nəhəngləri” səhmlərini tamamilə dəyərdən düşməmiş tələm-tələsik satışa çıxardı.

Si Tszinpin bütün həftə ərzində gözlədi və yalnız mətbuat konfranslarında gülümsədi, qiymət həddən aşağı düşdükdə eyni anda bütün avropalılardan və amerikalılardan səhmləri kəskin almaq əmri verdi.

Bu “maliyyə nəhənglər”i aladılmalarını başa düşəndə isə, artıq gec idi: səhmlər ÇXR-in əlində idi. Bu günlərdə Çin nəinki 20 milyard dollardan çox qazandı, eyni zamanda şirkətlərinin səhmlərini Çinə qaytardı. İndi texnologiya və kimya sənayesindəki gəlirlər xaricə getməyəcək, Çində qalacaq, yuanın özü yüksələcək və Çinin qızıl və valyuta ehtiyatlarını onun dəstəyinə xərcləməyə ehtiyac duyulmayacaq, Avropanın “maliyyə nəhəngləri” isə uşaq kimi aldadıldılar. Bir neçə dəqiqə ərzində onlardan milyardlarla dollar gətirən səhmləri qəpik-quruş qiymətinə aldılar, texnologiya və kimya sahələrində gəlirsiz qoydular. Belə bir parlaq əməliyyat hələ birja tarixində olmamışdı.  /ens.az/ 

Tərcüməçi: Fəxri Qocayev

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı