Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəmkirdə sürücünü qətlə yetirən şəxsin məhkəməsi başlayır

26 iyul / 10:26 2 dəq
D2c5447b 367e 3c81 9bf7 e14ddea05441
26 iyul / 10:26
Burada sizin reklamınız ola bilər

Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Rasim Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qərb Xəbər” “Report”a istinadən bildirir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il aprelin 7-də Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Qədimqala kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Bağırov Rasim Əbülfəz oğlu idarə etdiyi “TIR” tipli yük maşını ilə hərəkətdə olan zaman Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Samir Sabir oğlu idarə etdiyi “VAZ-21011” markalı avtomobil ötmə əməliyyatı aparan zaman qəza şəraiti yaranıb.

Bu zaman sürücülər nəqliyyat vasitələrini yol kənarında saxlayıb yaranmış qəza şəraiti ilə bağlı bir-birlərini təqsirli bilərək mübahisə ediblər. Bu zaman S.Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Bir bıçaq zərbəsi alaraq ağır halda xəstəxanaya aparılan S.Abdullayev qanitirmədən orada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən R.Bağırov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilk ifadəsində hadisəni mübahisə zamanı S.Abdullayevin onun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün törətdiyini bildirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı