Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İsrail və ABŞ müdafiə nazirləri İrana qarşı birgə mübarizəni müzakirə ediblər

3 avqust / 09:43 2 dəq
Indir (1)
3 avqust / 09:43
Burada sizin reklamınız ola bilər

İsrailin müdafiə naziri Yoav Qalant və Pentaqonun rəhbəri Lloyd Ostin telefon danışığı zamanı İrana qarşı birgə mübarizəni müzakirə ediblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Qalantın Ostinə regiondakı vəziyyətlə bağlı son hadisələr fonunda məlumat verdiyi bildirilir. Tərəflər həmçinin İran və onun müttəfiq qüvvələrinin təhdidləri qarşısında ABŞ-İsrail müdafiə əməkdaşlığını müzakirə ediblər.

Qalant İsrailin Fələstin radikalları ilə vasitəçi ölkələr vasitəsilə müqavilə bağlayaraq Qəzza zolağında saxlanılan girovların azad edilməsinə nail olmaq istəyini xatırladıb.

“İsrail və ABŞ arasında İrana və onun müttəfiqlərinə qarşı təhlükəsizlik əməkdaşlığı regionun sabitliyi və təhlükəsizliyi üçün çox vacibdir. Biz İsrail vətəndaşlarını qorumağa sadiqik və bu, həmçinin Qəzza ilə bağlı razılığın əldə edilməsini əhatə edir. İsrail girovların qaytarılması ilə bağlı razılığa gəlməyə sadiqdir”, – deyə Qalant bildirib.

Qeyd edək ki, Yaxın Şərq turuna çıxan Böyük Britaniyanın müdafiə naziri Con Hili bu gün İsrailə gəlib. Əvvəlcə Qətərə gedən Hili, daha sonra oradan xarici işlər naziri David Lammi ilə birlikdə Beyruta gediblər. Müdafiə nazirinin Yaxın Şərq turu çərçivəsində növbəti dayanacağı isə İsrail olub.

Burada o İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb. Tərəflər İsrail və Böyük Britaniya arasında təhlükəsizlik əlaqələrinin gücləndirilməsi və kəşfiyyat sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Burada da Qalant İsraili İrandan və onun müttəfiqlərindən müdafiə etmək üçün koalisiya qurmağın vacibliyindən danışıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı