Deputatlığa namizədlərin sayı
Azərbaycanda fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, müraciət edən şəxslərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1542 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı