Qazaxda “Breyn Rinq” intellektual oyunu keçirilib
Bu gün Qazax GİKM-in təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatlar arasında “Breyn Rinq” intellektual oyunu üzrə “The Workers Cup” turniri təşkil olunub.
“Bölgənin Səsi” saytının məlumatına görə, Gənclər Mərkəzində keçirilən yarışda 4 komandanın tərkibində 20 nəfər mübarizə aparıb.
35 sualın səsləndirildiyi turnirin nəticələrinə əsasən, Azərbaycan Beynəlxalq Bank ASC-nin Qazax filialının komandası ən çox doğru cavab verərək “The Workers Cup”a yiyələnib.
Qazax Sement Zavodu MMC-nin komandası II, “Azərpoçt” MMC-nin Qazax Poçt filialının komandası isə III pilləni tutub.
Yekunda qalib və mükafatçılar Qazax GİKM tərəfindən müvafiq diplomlarla təltif olunublar.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı





