Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

İlham Əliyev: “Rusiyalı sülhməramlıların Qarabağdakı rolunu yüksək qiymətləndiririk”

26 noyabr / 16:57 2 dəq
003 (1)
26 noyabr / 16:57
Burada sizin reklamınız ola bilər

“Soçidə keçirilən bugünkü görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işlər müzakirə olunacaq”.

Report-un xəbərinə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşdə bildirib.

“Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan arasındakı problemlər daha ətraflı müzakirə olunacaq.

Qeyd etməliyəm ki, ötən ilin noyabr ayında Rusiya sülhməramlıları fəaliyyətə başladıqdan sonra arxada qalan 1 il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib: hərbi toqquşmalar, hər hansı ciddi hadisələr qeydə alınmayıb. Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olmayan Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar oldu. Əlbəttə ki, bu bu gün bizi həm də üçtərəfli formatda risklərə necə nəzarət etməyə, onları minimallaşdırmağa, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına daha böyük diqqət ayırmağa vadar edir.

Bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiyası hökumətinin yüksək nümayəndələrinin, həmçinin rusiyalı sülhməramlıların Qarabağda sülhün təmin edilməsindəki rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu işlər gələn il də davam etdiriləcək və yaxşı nəticələr əldə olunacaq”, – Azərbaycan Prezidenti söyləyib. 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı