Finlandiyada hökumət istefaya gedəcəyini açıqlayıb
Finlandiya hökuməti istefa verməyə hazırlaşır.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb.
“Baş nazir Sanna Marin cümə axşamı, aprelin 6-da Mayntyniemidə (rəhbərin iqamətgahı) Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə hökumətin istefasını təqdim edəcək”, – deyə məlumatda qeyd olunub.
Aprelin 2-də Marin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) parlament seçkilərində məğlub olduğunu etiraf edib.
O, Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyasının qələbəsini etiraf edib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı