Dünya

Kamala Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda səs toplayıb

3 avqust / 09:46 1 dəq
66ad1802e8c2d66ad1802e8c2e172261990666ad1802e8c2b66ad1802e8c2c
3 avqust / 09:46
Burada sizin reklamınız ola bilər

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini irəli sürülmək üçün lazımi sayda səs toplayıb.

Qerbxeber.com xəbər verir ki, Harris rəsmi olaraq Demokratlar Partiyasının Milli Komitəsinin prezidentliyə namizədi olmaq üçün lazımi sayda nümayəndələrin səsini toplayıb.

Bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında deyib.

“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatanda Demokratların namizədi olacaq”, – deyə o bildirib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər