Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Bütöv Azərbaycan və Kürdüstan- ORXAN ATABƏYin TƏHLİLİ

18 iyun / 23:10 3 dəq
Orxan atabəy
18 iyun / 23:10
Burada sizin reklamınız ola bilər

İsrailin əsas hədəfi nüvə obyektlərini yox etməkdir. Artıq sonra nə qurulacaq, çox düşünmür. Kürdlərlə arası yaxşıdır. Qırıcılar da elə Suriya, İraq, İran kürd xətti ilə gedir gəlir. Ümumiyyətlə, kürd qüvvələri ilə əməkdaşlıq sərfəlidir. Bərzani və Talabani kimi bir neçə aşirət lideri ilə razılığa gəlmək, bütün dünya kürdləri ilə anlaşmaq deməkdir.

Dünya İranın zəiflədiyini bilirdi, amma bu qədər çarəsiz durumda olduğunu gözləmirdi. İndi isə aydın olur ki, İranın ciddi bir müqavimət imkanları yoxdur. Belə şəraitdə “molla rejimi”ndən birdəfəlik xilas olmaq planı aktuallaşıb.
Gözlər şahın oğlu Rza Pəhləviyə yönəlib. O, İran diasporasında və müəyyən elita dairələrində hörmətə malikdir. Xomeyninin idarəçiliyi İranı elə bir vəziyyətə gətirib ki, ölkə daxilində də şah dövrünə simpatiya duyan geniş kütlə formalaşıb. Amma Pəhləvi İrandan cəmi 18 yaşında çıxıb, həyatının böyük hissəsini ABŞ-da keçirib və bu gün 64 yaşındadır. İranı biz nə qədər tanıyırıqsa, o da o qədər tanıyır.

Bu səbəbdən, əgər rejim dəyişikliyi baş verərsə, ilk mərhələdə keçid hökuməti qurulacaq. Bu hökumətə rəhbərlik üçün ən real namizəd hazırkı prezident Məsud Pezeşkiandır.

O, həkimdir, indiyədək heç bir rejim cinayətində iştirak etməyib, liberal dairələrdə hörməti var. Dövlət aparatını və idarəetməni yaxşı tanıyır. Savaş başlayandan bəri ritorikasında nifrət, təhqir və ekstremizm çağırışlarından uzaq durur ki, bu da onun prosesdən xəbərdar olduğunu göstərir.

Rza Pəhləvi planının real olmadığı qənaətindəyəm, çünki o, İranı yetərincə tanımır. SSRİ dağılandan sonra Gürcüstan, Orta Asiya ölkələri, Ukrayna, Rusiya, Azərbaycan və Belarusda sistemin içində olan, Leninə baba deyən şəxslər önə çıxdı. İranda da eyni model təkrarlanacaq.
Keçid hökumətinin nə formada olacağı gələcəkdə məlum olacaq. Amma İranı bütöv saxlamaq çətin olacaq. Söhbət yalnız Azərbaycan türklərindən getmir. Lurlar, kürdlər, türklər, qaşqaylar, bəlluclar, farslar, giləklər hamı bir-birinə nifrət bəsləyir. Rejim xalqın birliyini pozmaq üçün uzun illər bu parçalanmanı bilərəkdən dərinləşdirib, süni torpaq və su mübahisələri yaradıb, milli kimlikləri qarışdırıb. Bu siyasət ölkədaxili etimadı sarsıdıb və parçalanmanı dərinləşdirib.
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt dikatura idi. Din ölkədə qalmayıb, şəriət sistemi çökür. Keçid hökumət, Pəhləvi ya başqası, kimi tapsalar bundan o tərəfə diktatura qurmaq gücündə deyil!
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı