Bölgə xəbərləri

Şəmkirdə kişi arvadını öldürdü

6 oktyabr / 22:39 1 dəq
Bıçaq
6 oktyabr / 22:39
Burada sizin reklamınız ola bilər

Şəmkirdə qətl hadisəsi baş verib.

Qerbxeber.com APA-nın məlumatına görə bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 40 yaşlı R. Hacıyeva ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə tərəflər arasında boşanmaq üstündə olub. Belə ki, qətlə yetirilən 40 yaşlı R. Hacıyeva həyatı yoldaşı 54 yaşlı A. Hacıyevdən boşanmaq istəyib. Bundan sonra tərəflər aralarında münaqişə yaranıb və 54 yaşlı kişi arvadının boğazını kəsərək onu qətlə yetirib.

Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 54 yaşlı rayon sakini Arif Hacıyev saxlanılıb.

Qeyd edək ki cütlüyün 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər