Polşaya PUA hücumu
NATO Polşada PUA insidentinə hərbi-müdafiə cavabı hazırlayır, məqsədi alyansın şərq cinahını gücləndirmək olacaq.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, alyans iki cavab hazırlayır: siyasi və hərbi-müdafiə:
“İlk siyasi reaksiyanı artıq NATO-nun baş katibi Mark Rutte və alyans ölkələrinin liderləri bəyan edib və günahı Rusiyanın üzərinə atıb. Hərbi cavabın hazırlanması NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç tərəfindən əlaqələndirilir. O və tabeliyində olanlar vəziyyəti qiymətləndirir, yeni silah təchizatına ehtiyacı təhlil edir. Alyansın cavabı ilk növbədə onun çəkindirici potensialını gücləndirməyə yönəldiləcək”.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı