Müdafiə Nazirliyinin daha bir keçmiş əməkdaşı həbs edildi – Polkovnik…
Müdafiə Nazirliyinin daha bir keçmiş vəzifəli şəxsi tutulub.
“Qərb Xəbər” məlumat verir ki, mnazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev DTX-də davam edən cinayət işi üzrə saxlanılıb.
O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı