Ölkəmizdə milli teatr sənətinin kökləri xalqın fəaliyyəti,məişəti, şənlik və toy mərasimləri, həmçinin, dünyagörüşü ilə bağlıdır.Bu münasibətlə, Qazax Dövlət Dram Teatrının kollektivi Mar Bayciyevin “Toy günü ayrılıq” tamaşasını səhnələşdiriblər. Teatrın baş rejissoru,Əməkdar artist Musa Eyyubovun hazırladığı tamaşa aktyorlar tərəfindən yüksək peşəkarlıqla oynanılıb.
Böyük məktəb rolunda çıxış edən Qazax Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından sayılır. Qeyd edək ki, “Toy günü ayrılıq” tamaşasında baş rolu canlandıran aktyor Yusif Qoca “RadioQərb”in efirində yayımlanan bir neçə müəllif proqramının aparıcısıdır.
Röyal İslam, QərbXəbər