Azərbaycanda iyul ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 31-də Abşeron yarımadasında gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.