Hadisə

Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

25 dekabr / 09:46 1 dəq
1ce7c4d2 6d55 305c 9da4 7fd1214c5f08 850 (2)
25 dekabr / 09:46
Burada sizin reklamınız ola bilər

Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in məlumatına görə, yanacaqdoldurma məntəqəsinin yaxınlığında “VAZ-2104” və “VAZ-21099” markalı avtomobillərin iştirakı ilə baş verniş qəza zamanı 1 nəfər – 1961-ci il təvəllüdlü Razim Mədətov ölüb.

Daha 5 nəfər – 1989-cu il təvəllüdlü V.Məmmədov, 1969-cu il təvəllüdlü H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və 2 azyaşlı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər