Dünya

Pezeşkian: İran dialoq tərəfdarıdır

15 aprel / 13:32 1 dəq
Pezeshkian
15 aprel / 13:32
Burada sizin reklamınız ola bilər

İran digər ölkələrlə konstruktiv münasibətlər qurmaqda maraqlıdır, lakin xarici güclərin təzyiqlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirəcək.

Qerbxeber.com bildirir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian özünün “Telegram” kanalında paylaşım edib.

Dövlət başçısı qeyd edib ki, rəsmi Tehran regionda müharibənin tərəfdarı deyil və hər zaman dialoqa üstünlük verir:

“İran sabitliyin tərəfdarıdır və beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığa hazırdır. Lakin heç kim ölkəmizi təslim olmağa məcbur edə bilməz. Bizə qarşı iradə diktə etmək cəhdlərinin hamısı uğursuzluğa məhkumdur. İran xalqı heç bir halda xarici dövlətlərin məcburetmə siyasəti ilə razılaşmayacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər