Bölgə xəbərləri

İsrail Türkmənistanda səfirlik açır

3 mart / 12:38 2 dəq
B5cfdb34 f9d4 33bc 9018 e7a2b30ec2ce
3 mart / 12:38
Burada sizin reklamınız ola bilər

İsrail Türkmənistanın paytaxtı Aşqabadda səfirlik açır.

“Qərb Xəbər” bildirir ki, bu barədə “Mignews” məlumat yayıb.

Bildirilib ki, İsrailin xarici işlər naziri Eli Kohen tezliklə Türkmənistana səfər edəcək.

Qeyd edək ki, Aşqabad şəhəri İranla sərhəddən 30 km aralıda yerləşir.

Xatırladaq ki, Türkmənistan müstəqil olandan sonra İrandakı türkmənlərin milli hüquqlarının təmin olunmasını tələb edir. Türkmənistandan kənarda ən çox türkmən İrandadır. Türkmənlər 1885-ci ildən sonra parçalanmış xalqlardan biri olub. İki hissəyə parçalananadək türkmənlərin taleyi də fərqli olub. Türkmənistanda sənayeləşmə, urbanizasiya və daha intensiv modernləşmə səpələnmiş köçəri tayfaların aydın mədəni və dil atributlarına malik vahid oturaq etnosda birləşib. İranda başqa etnik qrupların nümayəndələri kimi panfarsist siyasət nəticəsində farslaşmaya məruz qalıb. İran Türkmənistanında (buna Cənubi Türkmənistan deyirlər – red.) türkmənlərin yomud, geklen, iqdır, sarıq və salur tayfaları yaşayır. İranda türkmənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur. Ona görə də İranda təxminən 1,5-3,0 milyon türkmənin olduğu iddia olunur. 1970-ci illərin sonundan etibarən türkmənlərin assimilyasiyası getdikcə artdığı üçün rəqəmləri hesablamaq çətinləşib. İranda onların ənənəvi məskunlaşdıqları ərazi iki böyük qrupa bölünür: Atrek və Qorqan çaylarının (Qorqan düzü) kəsişməsini əhatə edən daha yığcam qərb və daha dağınıq şərq (Kopetdağ sərhədi, aşağı). Türkmənistanın mərhum Prezidenti Saparmurad Niyazov Xorasanın (indi üç əyalətə bölünüb) da türkmənlərin ərazisi olduğunu bildirirdi.

Report.az

Paylaş
Burada sizin reklamınız ola bilər