Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Seyfəli poliqonunda döyüş sursatları utilizasiya ediləcək

62710d19ba23d62710d19ba23f1651576089370497f2d7c2952263641718f3f56894

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən  bildirir ki, döyüş sursatlarının utilizasiya prosesi 04.05.2022-ci il tarixdən 07.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

Ilham

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb. “Qərb Xəbər” bildirir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla … Read more

Ağdamda oğurluqda şübhəli bilinən Şəmkir sakini saxlanılıb

8efe1cbc 048d 3b46 a5d4 bf9787bf62da

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb. “Qərb Xəbər” bu barədə “Report”-a istinadən məlumat verir. İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Faktla bağlı Ağdam RPŞ-də … Read more

Gürcüstanda baş verən zəlzələ Qazaxda da hiss olunub

10dca0e1 0bd3 3391 8068 fb14b46fabb9

Gürcüstan Respublikasında May ayının 1-də gecə saatlarında qeydə alınan zəlzələ Azərbaycan ərazisində də hiss olunub. “Qərb Xəbər” məlumat verir ki, Gürcüstan ərazisində qeydə alınan 5,3 bal gücündə zəlzələ Gürcüstanla sərhəd olan Qazax rayonunda da hiss olunub. Qeyd edək ki, zəlzələnin episentri Gürcüstan Respublikasının Dmanisi rayonun Yırğançay kəndində olub.

Tovuzda kişini cərəyan vurub öldürməsinin təfərrüatları

626f623a906d7626f623a906d81651466810626f623a906d4626f623a906d6

Tovuzda bədbəxt hadisə baş verib “Qərb Xəbər“in məlmatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakinini elektrik cərəyanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Eşqi Qasımovun sözlərinə görə, hadisə yerində polis və prokururluq əməkdaşları araşdırmalar aparıblar. Hadisənin oğurluq zamanı baş … Read more

Şəmkirdə ev yanıb

1647060461 1523545773 yangin

Şəmkir rayonunun Qaracəmirli kəndində ev yanıb. “Qərb Xəbər” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin 1 otağının dam örtüyü və tavanının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Həmçinin, Xaçmaz rayonunun Ukuroba … Read more

Sabahdan maska tələbi ləğv edilir

Modern.az maska

Azərbaycanda sabahdan tibbi maska tələbi ləğv edilir. “Qərb Xəbər” xəbərin məlumatına görə, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur. Eyni zamanda, sabahdan Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda … Read more

Ağstafa sakini Laçında minaya düşüb

14b5b176 0745 39b9 b7c7 5cc48bebb6e4

Dünən Laçında minaya düşən fəhlə vəfat edib. “Report” xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq. Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi … Read more

Tovuz Peşə Liseyində hərbi-idman oyunları keçirilib

278579863 315402180710278 4296105079658982360

Tovuz Peşə Liseyində hərbi-idman oyunları keçirilib.

“Qərb Xəbər”in xəbərinə görə, Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbir Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəis müavini Mustafa Mustafayev, Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri üzrə nümayəndəsi Yaşar İbrahimov, Yeni Azərbaycan Partiyasının Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, ehtiyatda olan zabit və qazilər, Tovuz rayon Təhsil Şöbəsinin hərbi metodisti və çağırışaqədərki hazırlıq rəhbərləri, Vətən Müharibəsi qaziləri və digər qonaqlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov dəvəti qəbul edib gələn qonaqlara minnətdarlıq ifadə edib. Daha sonra hədəfə qumbara atma, çökərək və ayaq üstə atıcılıq, jim (otjimaniya), dartınma, estafet qaçış hərbi və idman növləri üzrə tələbələr arasında yarışların keçirilməsinə başlanıb.

Yarışan tələbələr müxtəlif komandaları təmsil edirdilər ki, həmin komandalar da Azərbayca torpaqlarının ərazi bütövlüyü uğurunda canından keçmiş Tovuz Peşə Liseyinin 6 nəfər şəhid məzununun -İbrahimov Firdovsi Nurəddin oğlu, Şəhid Ələkbərov Muraz Məzahir oğlu, Şəhid Əsgərov Kamran Bayram oğlu, Şəhid Məmmədov Elşad Dönməz oğlu, Şəhid Şirinov Elmar Cəbrayıl oğlu, Şəhid Əhmədov Elmar Elşən oğlunun adlarını daşıyır.

Yarışmalarda aktiv iştirak edən tələbə gənclər, onların hərbi və fiziki hazırlığı ilə məşğul olan müəllimlər təltif ediliblər.

Sonda xatirə şəkillləri çəkdirilib.

İlham Əliyev: “44 günlük müharibədə Qazaxıstan, Türkmənistan və İrandan Ermənistana silah daşınıb”

1651226800 85fbfebc3105af547c90aa87c2b31713

“Biz bilirik ki, Ermənistan Qarabağdakı müharibəyə Rusiyanı cəlb etmək istəyirdi. Lakin bu, baş tutmadı. Çünki biz öz torpaqlarımızda döyüşürdük”. “Qərb Xəbər“in məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib. Prezident deyib ki, Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri ilə manipulyasiya etməyə cəhdlər göstərib. İlham Əliyev bildirib … Read more

Tovuzda evdən 27 min manatlıq oğurluq olub

Oo

Tovuz rayonunda evdən oğurluq edilib. “Qərb Xəbər” Daxili İşlər Nazirliyinə  istinadən bildirir ki, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 22.000 manat pul və 5600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Samux rayon sakini V.Kərimov saxlanılıb. Araşdırma aparılır.

Naxçıvan-Gəncə aviareysi açılır

Azal2

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Naxçıvandan Gəncəyə və geriyə reyslər açır. “Qərb Xəbər” “Qafqazinfo”ya istinadən məlumat verir ki, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, 6 may tarixindən çərşənbə axşamı … Read more

Rayonlara sərnişin daşıyanların nəzərinə: Ciddi tədbirlər görüləcək

FotoJet 2022 03 14T145701.619 (1)

Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur. “Qərb Xəbər” bildirir ki, bunu “Report”a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. “Təəssüf ki, Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq, hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələri şəhərin … Read more

Şəmkirdə 23 yaşlı gənc sirkə turşusundan zəhərlənib

626abad9e14d1626abad9e14d2165116181777f6fbc8c0c5d14903a795ef189f13ec

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. “Qərb Xəbər” məlumat verir ki, hadisə rayonun Qılıncbəyli kəndində baş verib.   1999-cu il təvəllüdlü A.Rüstəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun sirkə turşusu içdiyi müəyyən edilib. Xəstəyə lazimi tibbi yardım göstərilib. 23 yaşlı oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Gənc oğlanın hansı səbəbdən sirkə türşusu içdiyi … Read more

Baş prokuror İlkin Süleymanovun qardaşını qəbul edib – VİDEO

626a94321f5f8626a94321f5f91651151922626a94321f5f4626a94321f5f6

Baş prokuror Kamran Əliyev Ağstafa rayonunda vətəndaşlarla görüşü zamanı Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanovu qəbul edib. “Qərb Xəbər” APA-ya istinadən məlumat verir ki, Adil Süleymanov görüş zamanı İlkin Süleymanovun təqsirsizliyinə dair bir neçə sübut Baş prokurora təqdim edib. “Qəbul bir neçə rayonun sakinləri üçün nəzərdə tutulduğundan … Read more

Prezident: “Biz Qafqazda sülh gündəliyini müdafiə edirik”

626b8c7e7bd05626b8c7e7bd061651215486106e4fe4dbed6a025c7f18fc87747a87

Biz Qarabağı yenidən inşa edirik. Biz iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik. Çünki bu olmadan böyük miqdarda maliyyə resurslarının ayrılması asan olmayacaq. “Qərb Xəbər“in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. “Eyni zamanda, biz Qafqazda sülh gündəliyini müdafiə edirik. Mən … Read more

“Azərsun Sənaye Parkı”nda 5-6 aylıq yağ ehtiyyatı yanıb

626b86bbbefaf626b86bbbefb01651214011626b86bbbefad626b86bbbefae

Ötən gün baş verən yanğında “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub. “APA-Economics”in “Azərsun Sənaye Parkı”ndakı mənbədən əldə etdiyi məlumata görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Məlumata görə, fabrik bir neçə aydır … Read more

“Kənd icmalarında qadın liderlər” layihəsi təlimlərə yekun vurub

IMG 20220430 WA0010

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində “Elektron Hökümət” mövzusunda sonuncu təlim baş tutub. “Qərb Xəbər”in məlumatına görə, təlimdə kəndlərdən seçilmiş 10 nəfər qadın iştirak edib. Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və … Read more

Son sutkada 11 nəfər koronavirusa yoluxub

3f199be5 4b65 3072 ba3c 7017ab52d5bb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 108 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 088, bu günə qədər isə ümumilikdə 6 808 651 test icra olunub.