Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində “Elektron Hökümət” mövzusunda sonuncu təlim baş tutub.
“Qərb Xəbər”in məlumatına görə, təlimdə kəndlərdən seçilmiş 10 nəfər qadın iştirak edib.
Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.
Qeyd edək ki, təlimlər İradə Həsənova tərəfindən keçirilib.