Tovuz rayonunda evdən oğurluq edilib.
“Qərb Xəbər” Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 22.000 manat pul və 5600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Samux rayon sakini V.Kərimov saxlanılıb. Araşdırma aparılır.