Hər həftənin çərşənbə günü Ülviyyə Həsənlinin təqdimatında “Radio Qərb” efirində yayımlanan “Gözəllik 10-dur” proqramı geyim, stil, makiyaj kimi mövzuları əhatə edir.
Budəfəki proqramda yağlı saçlara qulluqdan danışılıb.
Nə axtarırsınız?
Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib. “Qərb Xəbər” xəbərinə görə, o, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını bildirib: “Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli … Read more
Hər həftənin çərşənbə günü Ülviyyə Həsənlinin təqdimatında “Radio Qərb” efirində yayımlanan “Gözəllik 10-dur” proqramı geyim, stil, makiyaj kimi mövzuları əhatə edir.
Budəfəki proqramda yağlı saçlara qulluqdan danışılıb.
Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Report-a bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək. Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su … Read more
“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”. “Qərb Xəbər” bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib. “Biz … Read more
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 26 aprel 2022-ci ildə Şəmkir Heydər Əliyev Mərkəzində “Qərb bölgəsində açıq hökumət təşəbbüsləri və ictimai nəzarət fəaliyyətlərinin təşviqi” layihəsi çərçivəsində məlumatlandırma sessiyası həyata keçirilib.
Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətində maarifləndirmələr həyata keçirdi. Məlumatlandırma sessiyasının əsas hədəflərindən biri vətəndaş cəmiyyəti ilə bərabər ictimaiyyət nümayəndələrinin ictimai nəzarət istiqamətində aktivliyini artırmaqdır.
Məlumatlandırma sessiyasında ictimai nəzarət – dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu baxımdan nəzarətin səmərəliliyini və keyfiyyətini artırmaq üçün Şəmkir rayonunda da onun institusional fəaliyyətini genişləndirməyə dəstək vermək layihənin ümdə məsələlərindən biridir.
Məlumatlandırma sessiyaları zamanı qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması haqqında təlimçi və ekspertlər geniş məlumat verdilər. Rayon sakinlərinin hüquqlarının müdafiəsi yönündə səy göstərilməsini, beləliklə açıq hökumətin təşviqi və ictimai nəzarət sahəsində vətəndaş olaraq müəyyən işlər görmələri istiqamətində fikir mübadilələri aparıldı.
Ümumilikdə açıq hökumətin və ictimai nəzarətin təşviqi korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün institusional dəstəyin verilməsini vacib hesab edir. İştirakçılar çıxışlar zamanı təklif edirdilər ki, Qanunda göstərildiyi kimi, yerlərdə daimi ictimai müzakirələr və dinləmələr təşkil etməli, ictimai rəy öyrənməli, qəbul olunan qərarların ictimai müzakirəsi təşkil edilməlidir. Xüsusən cəmiyyətdə açıq hökumətin və ictimai nəzarətin təşviqi istiqamətində araşdırmalar aparmaq zəruri hesab olunur.
Məlumatlandırma sessiyaları zamanı onu da müəyyən edilib ki, İctimai Şura üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir.
Hesab edilir ki, layihə çərçivəsində açıq hökumətin və ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə Şəmkir rayonunda vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığının gücləndirilməsinə dəstək oluna bilər. Bu özlüyündə qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yaradar.
Xəbərə görə, məlumatlandırma sessiyasında ictimai nəzarət sahəsində geniş təcrübəyə malik Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Bilal Məmmədov, Müsahib Zeynalov və Aydın Budaqov iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.
“Qərb Xəbər” bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub. “Qərb Xəbər” məlumat verir ki, hadisə 27 Aprel tarixində Kür çayının qırağında qeydə alınıb. Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər. Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Gədəbəydə yaşadığı evdə yanıq xəsarətləri alan 77 yaşlı qadın xəstəxanada ölüb “Qərb Xəbər” bildirir ki, Gədəbəy rayon sakini, 1945-ci il təvəllüdlü S.Hüseynova yaşadığı evdə sobanın yanında uzanan zaman qadının paltarı alışıb. Yaşlı qadın yanıq xəsarətləri alıb və xəsatəxanaya yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Ötən gün qəfildən halı pisləşən qadını yaxınları … Read more
Dövlət İmtahan Mərkəzi tərəfindən 30 aprel və 1 may 2022-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. “Qərb Xəbər“in xəbərinə görə, bu barədə məlumatı DİM yayıb. Məlumata görə, imtahanlarda 44142 şagirdin iştirakı nəzərdə tutulur və Qazax, Gədəbəy, Ağstafa da daxil olmaqla respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq. İmtahan saat … Read more
Gəncədə 20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb. “Qərb Xəbər“in Report-a istinadən məlumatına görə, hadisə şəhərin “Tekstilni” adlanan ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Bu zaman partlayış olub. Nəticədə fəhlə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb. Xatırladaq ki, … Read more
Bir neçə gündən sonra Ramazan ayı bitir. Duaların qəbul olunduğu, günahların bağışlandığı, ehtiyac sahiblərinin üzlərinin güldüyü Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.
“Qərb Xəbər” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli Xəzərxəbər-ə deyib ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.
Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.
Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. “Qərb Xəbər” bu barədə Təhsil Nazirliyi məlumat yayıb. I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın … Read more
“Qərb Xəbər” “Report”-a istinadən xəbər verir ki, Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə başlanılıb. Prosedurun həyata keçirilməsində “Azadlıq xartiyası” əsas götürülüb. Belə ki, 2011-ci ildə Gürcüstanda qəbul olunmuş qanunla ölkə ərazisində coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağan edilib.
Yeni ad kimi Mtsvane qora (yaşıl/göy təpə) və Meqobroba (dostluq) adları nəzərdə tutulub. Kənd sakinləri Kirovka adının götürülməsinin tərəfdarıdırlar. Lakin yeni adla bağlı soydaşlarımızın əsaslandırılmış təklifi var.
Kəndin təsviri
Kirovka Debed çayının sol sahilində Dəmyə-Gorarxı, Beytarapçı, Sadaxlı və soydaşlarımızın yaşadığı digər kəndlərlə həmsərhəddir. 2014-cü ildə aparılmış son siyahıyaalmaya əsasən, əhalisinin sayı 663 nəfərdir. Hazırkı say dəqiq bilinmir. Kənddə 150 ev var və azərbaycanlılarla yanaşı iki erməni ailəsi də yaşayır. Sakinlərlə söhbət zamanı məlum olur ki, kənddə 60 gürcü ailənin mülkiyyətində olan torpaq sahəsi də var. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Kirovkada bir məscid və bir məktəb var. Məktəbin acınacaqlı durumu soydaşlarımızı narahat edən bir nömrəli məsələdir. Təhsil ocağı barədə bir qədər sonra.
Tarixi ad – Mamey
Sakinlərlə söhbət zamanı bəlli olur ki, kəndin tarixi adı Mamey olub. Bu ada Gürcüstanda 1983 və 2006-cı illərdə dərc olunmuş ensiklopedik toplularda da rast gəlinir. Toponimin mənşəyinə gəlincə, sakinlər bu barədə dəqiq məlumata malik olmadıqlarını bildiriblər. Lakin bəzi mənbələrdə Mamey kəndini İranın İsfahan vilayətindən köçürülmüş “tatar ailələrin” (azərbaycanlılar-red.) saldığı qeyd olunub. Kirovka kəndinin sakinləri də məhz bu adın bərpasını istəyirlər. Onların sözlərinə görə, yeni ad fikirləşməyə heç bir lüzum yoxdur.
“Mamey adı inkar edilir”
Bu yaxınlarda Marneuli meriyasının nümayəndələri kəndə baş çəkiblər və təklif olunan adlarla bağlı sakinlərin rəyini öyrəniblər. Kənd sakini Adil Məhəmmədov bildirib ki, iki addan biri – Göy təpə adı daha məqbul hesab olunub, lakin quraşdırılacaq lövhədə adın gürcücə Mtsvane qora versiyası ilə yanaşı Azərbaycan dilindəki tələffüzünə uyğun formada, yəni “Qoy tapa” kimi yazılması da təklif olunub.
O, dədə-babadan kəndin adının Mamey olduğunu deyib:
“Kəndimiz 1945-ci ildən Kirovka adlanır. Lakin buna baxmayaraq, hər yerdə Mamey deyirlər. Biz sakinlər bu adın bərpasını tələb edirik. Bizimlə məsləhətləşmələrin aparılmasını müsbət qiymətləndiririk. Lakin prosesin gedişatından anlaşılır ki, Mamey adı inkar edilir və Mtsvane qora adı veriləcək. Sakinlər arasında birlik və möhkəm iradə olsa, istəyimizin həyata keçəcəyinə ümid edirəm”.
Müsahibimiz xatırladıb ki, 1980-ci ilin əvvəlində Marneulinin ən böyük kəndi olan Sadaxlının adının dəyişdirilməsinə cəhd olub: “Sadaxlıda Giorgi qalası olub və kəndin adını bu qalanın adı ilə “Giorgis tsixe” adlandırmaq istədilər. Lakin kənd rəhbərliyi və sakinlər tarixi adı qoruyub saxlaya bildilər. Çünki kənddə adın dəyişdirilməsini heç kəs dəstəkləmədi”.
Kənddə yaşayan iki erməni ailəsinin adla bağlı fikrinə gəlincə, A.Məhəmmədov qeyd edib ki, onların bu məsələ ilə bağlı nə bir fikri, nə də marağı var.
Digər sakin Canpolad İbadovda bildirib ki, Mamey adının bərpasını bütün kənd camaatı dəstəkləyir. Onun sözlərinə görə, 2-3 il bundan qabaq bir tanışı Sankt Peterburqdakı arxivlərdən birindən kəndin adının Mamey olduğunu təsdiqləyən sənəd əldə edib. Sənədin surəti bələdiyyənin kənd üzrə nümayəndəliyinə təqdim olunub:
“Vaxt vardı kəndin adı üçün çay qırağı mənasını verən bir ad da fikirləşmişdilər. Köhnə adı varsa, niyə başqa yeni ad qoyulmalıdır? Bu kənd Kirovka deyil, Mamey kimi daha çox tanınır. Meriya nümayəndələrinə fikrimiz bildirildi ki, tarixi adın bərpasını istəyirik. Tarixi ad Mameydir, bu ad da verilsin. Mtsvane qora sözü dilimizə belə yatmır. Kəndimizi soruşanda adını deməkdə çətinlik çəkəcəyik”.
Sakinlər kəndin tarixi adını bərpa etməyə nail ola bilərlərmi?
Kənd sakinləri adın dəyişdirilməsi prosesinə cəlb olunmaları xahişi ilə Marneuli meriyası və bələdiyyə rəhbərliyinə müraciət ünvanlayıblar. Onlar ümid edirlər ki, təklif və istəkləri nəzərə alınacaq.
Bəs Gürcüstan qanunvericiliyinə əsasən toponimin dəyişdirilməsi prosesi necə həyata keçirilir? Sualımızı cavablandıran hüquqşünas Kamral Amcanoğlu bildirib ki, kəndə yeni adın verilməsi məsələsində yerli icmanın fikri mütləq nəzərə alınmalıdır:
“Çünki yeni toponim icma üçün zidd və qəbuledilməz ola bilər. Kənd və digər yaşayış məntəqəsinə adı yerli özünüidarəetmə orqanı verir, təklif isə icmadan olmalıdır. Qanunvericiliklə əlavə tənzimlənmə nəzərdə tutulmayıb”.
Ekspertin sözlərinə görə, Mamey adının bərpası tələbi ilə sakinlərin müraciəti mütləq nəzərə alınmalıdır: “Aidiyyəti qurumların müraciəti nə qədər nəzərə alacaqları başqa məsələdir. Lakin sakinlər müraciəti ərizə formasında mütləq yazılı formada bildirməli və yazılı qayda da cavab tələb etməlidirlər. Kəndin adı orada yaşayanlara maraqlıdır. Onların qəbul etmədiyi ad verilə bilər. Buna görə də kənddə yaşayan insanların fikirləri mütləqdir”.
Uzun illərdir təhsilə yararsız məktəb
Sonda Kirovka sakinlərini uzun illərdir ciddi narahat edən kənd məktəbinin vəziyyətinə toxunaq. Onların sözlərinə görə, son 15-20 il ərzində bu problem müvafiq dövlət qurumları qarşısında dəfələrlə qaldırılsa da, hələ heç bir reaksiya yoxdur. Natamam ictimai məktəbin bərpasına indiyədək, ən çox da seçkilərdən seçkilərə yalnız boş vədlər verilib. Məktəbin binası təhsilə yararsızdır, bərbad hala düşüb. Tikilinin bərpaya deyil, yenidən inşa olunmasına ehtiyac var.
Müasir tələblərə çoxdan cavab verməyən məktəb hazırda bağlıdır. Pandemiya dövrü başlayandan bağlı olan köhnəlmiş təhsil ocağı əyani tədrisin bərpa olunmasına baxmayaraq, qapılarını şagirdlərinin üzünə hələ aça bilmir.
Sakinlər bildiriblər ki, bu il məktəbin birinci sinfinə 10-15 uşaq qəbul olunmalıdır, amma onlardan yalnız 4-nün sənədi təqdim olunub. Valideynlər uşaqlarını qonşu kəndlərdəki məktəblərə göndərməyə məcburdurlar. Hazırda müəllimlər şagirdlərə distant qaydada dərs keçir. Lakin kənddə yaşayan ailələrin böyük əksəriyyəti məktəbli övladlarını internetə qoşulmaq üçün mobil telefonla təmin etmək imkanında deyil. Məktəblilərin əksəriyyəti məcburən təhsildən kənar qalıb.
Uşaqların gələcəyi təhsil ocaqlarından başlayır. Təəssüflər olsun ki, Kirovka kəndində yaşayan kiçik soydaşlarımızın gələcəyi bu ocaqdan uzaq düşüb. Kənd ağsaqqalları gələcək nəslin savadsızlığa düçar olunmasından həyəcan təbili çalır.
Aprelin 24-də Qazax rayonunun Qarapapaq kəndini su basıb. Səbəb kimi sel suları üçün kanalın sıradan çıxması göstərilir.
“Qərb Xəbər” reportyor qrupu məsələni araşdırmaq üçün hadisənin baş verdiyi kəndə üz tutdu. Daha doğrusu, su basmasından zərərçəkmiş umudovlar ailəsinə…
Qonşuları da zərər çəkib, amma onlar iddia edirlər ki, vaxtında duyuq düşməsələr, hadisə can tələfatı ilə nəticələnənə bilərdi. Evə daxil olanda sular altında qalmış əşyalar quruması üçün həyətə çıxarıldı. Bu mənzərəni ifadə etmək üçün qələmin gücü kifayətsizdir.
Ev sahibi Sədaqət Umudova bu cür danışdı.
Sonra problemi daha dərindən anlamaqda bizə kömək edən Ağköynək-Qarapapaq Kənd Bələdiyyəsinin üzvü Rafiq Muradov bildirir ki, kənddə suötürücü arxlar vaxtında təmizlənsə idi, vəziyyət bu qədər dərinləşməzdi.
Ətraflı videoreportajda.
Hazırladı: Vüqar Mehtizadə
Müxbir: Hikmət
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib. “Qərb Xəbər” məlumat verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb. Prezident İlham Əliyev salamlara və səfərə dəvətə görə … Read more
Qazaxıstanlı bir qrup KİV və ictimaiyyət nümayəndələri Gəncə şəhərinə səfər ediblər. “Qərb Xəbər” Report-a istinadən bildirir ki, Qazaxstanın ictimaiyyət və KİV nümayəndələrindən ibarət qrup Gəncə şəhərinə səfərdədir. Nümayəndə heyəti Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazidə olublar. Orada şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər qoyublar. Daha sonra … Read more
Gənclər asudə vaxtlarını necə keçirir? Onların problemləri nələrdir? Təhsil, yoxsa təcrübə? Gənclik çağının səmərəli keçirilməsi üçün hədəfimizi necə seçməliyik?
Bütün bunlar “Gənc düşüncə” proqamında.
Aparıcı: Arzu Sayadoğlu
Qonaq: Elmin Şadmanov
Azərbaycanda 5 və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcək. “Qərb Xəbər” bildirir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və … Read more
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir. “Qərb Xəbər” Raport-a istinadən xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır. Qeyd edək ki, 28 May – Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
1-5 may tarixləri ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir. APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, tətildən sonrakı ilk dərs günü 6 may 2022-ci ildir. Qeyd edilib ki, 1-5 may tətili ümumi təhsilin ümumi orta və tam orta təhsil … Read more