Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir”

28 aprel / 14:22 3 dəq
Trend hikmet hajiyev 031020
28 aprel / 14:22
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”.

“Qərb Xəbər” bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib.

“Biz buna hazırıq, indi top Ermənistandadır”, – H.Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistana əsas mesajı ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır: “Ermənistan buna hazırdırmı? Biz hazırıq”.

O, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini qeyd edib. “Biz artıq bu prosesin yaxın vaxtlarda başlayacağı ilə bağlı müəyyən siqnallar alırıq”, – H.Hacıyev əlavə edib.

“Danışıqlarda digər mühüm məqam kommunikasiyaların açılmasıdır. Orta dəhliz yeni reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bunun bir hissəsi ola bilərmi? Əlbəttə ki, hə. Amma biz Ermənistanın qərar verməsini gözləyə bilmərik, ona görə də Azərbaycan İranla danışıqlar aparıb və paralel nəqliyyat marşrutunun qurulması imkanları barədə razılığa gəlib”, – prezidentin köməkçisi vurğulayıb.

H.Hacıyev onu da xatırladıb ki, Azərbaycan həmçinin regional “3+3” formatının inkişafını da təklif edib.

O, Qarabağın erməni əhalisi ilə bağlı məsələyə də toxunaraq Azərbaycanın onları öz vətəndaşı hesab etdiyini söyləyib: “Biz Xankəndi sakinlərini Azərbaycan vətəndaşları hesab edirik. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, bütün dini məbədlər qorunub saxlanılır, amma işğal illərində yüzlərlə məscid dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı