Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə növbəti dəfə pilotsuz təyyarələrlə hücum edib.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu haqda Xarkovun meri İqor Terexov məlumat verib.
Onun məlumatına görə Xarkovun Şevçenkovski, Kiyevski və Novobavarski rayonlarına Geran-2 PUA-ları ilə hücum olub.
“Hücum nəticəsində yaşayış binalarına ziyan dəyib. Ziyan dəyən binalar arasında mülki müəssisə, idman kompleksi və uşaq bağçası da var. Hazırda binaların yaxınlığında dayanmış 50-dən çox avtomobilin zədələndiyi müəyyən edilib. 3 nəfər tibbi yardım üçün müraciət edib”, – o bildirib.